cümə 15 may 2026 - 19:03
İnqilab Rəhbərinin fars dili günü və İranın böyük şairi  Firdovsinin anım günü münasibətilə bağlı məktubu

Seyid Müctəba Hüseyni Xamenei fars dilinin qorunması günü və Əbülqasim Firdovsinin anım günü münasibətilə yayımladığı məktubda vurğulayıb ki, İran xalqı sonuncu müqəddəs müdafiədə də əvvəlki iki müharibədə olduğu kimi sübut etdi ki, Firdovsinin dastanlarındakı qəhrəmanlıq və igidlik ruhu onların həyatının və şəxsiyyətinin həqiqi təcəssümüdür.

Hövzə Xəbər Agentliyinin verdiyi məlumata görə, İnqilabın Məqamlı Rəhbəri Ayətullah Seyid Müctəba Hüseyni Xameneinin 15 may fars dilinin qorunması və böyük şair Firdovsinin anım günü münasibətilə məktub yayımlanıb.

Fars dili İran kimliyinin əsas sütunlarından biridir

Məktubda deyilir:

Fars dili yalnız danışıq və yazı vasitəsi deyil, həm də düşüncənin forması, İran xalqının kimlik sərhədlərini birləşdirən bağdır. Fars dili və ədəbiyyatı İran İslam Respublikasının zəngin mədəniyyət və sivilizasiyasının dünyaya təqdim olunması üçün ən böyük imkanlardan biridir.

İnqilabın Ali Məqamlı Rəhbəri qeyd edib ki, şəhid rəhbərin fars dilinin gücləndirilməsi ilə bağlı tövsiyələri “İran və İslam sivilizasiyasının” qüdrət yolunda mühüm istiqamətverici amildir.

Şahnamənin qəhrəmanlıq ruhu İran xalqının həyatında təcəlli tapıb

Məktubda vurğulanır ki, İran xalqı üçüncü müqəddəs müdafiə zamanı da əvvəlki iki  müharibədə olduğu kimi sübut etdi ki, Firdovsinin dastanlarında təsvir olunan qəhrəmanlıq ruhu xalqın real həyatında yaşayır.

Ayətullah Xamenei bildirib:

Şahnamənin insan yetişdirən, qəhrəmanlıq və Qurana əsaslanan məfhumları İranın bütün xalqlarını və təbəqələrini öz kimliyini, istiqlaliyyətini və müstəqilliyini qorumaq, həmçinin təcavüzkar ‘şeytan xislətli’ qüvvələrə qarşı mübarizədə birləşdirir.

Ədəbiyyat və incəsənət əhli xalqın qəhrəmanlığını tarixdə əbədiləşdirməlidir

Ayətullah Seyid Müctəba Hüseyni Xameneinin məktubda qeyd olunur ki, xalqın bu böyük müqavimət və qələbə dastanı mədəniyyət, ədəbiyyat və incəsənət adamlarının üzərinə ağır məsuliyyət qoyur.

Onlar Firdovsi kimi ayağa qalxmalı, sənətkarların missiyasını xalqın missiyasının davamına çevirməli, fikir, qələm və dili sənətlə birləşdirərək xalqın böyük qiyamını tarixdə əbədi etməlidirlər.

Amerika həyat tərzinə qarşı mədəni müqavimət gücləndirilməlidir

İnqilabın Ali Məqamlı Rəhbəri məktubunun davamında vurğulayıb ki, şeytan və zalım qüvvələrə qarşı əldə olunan qələbə İran xalqını dil, mədəniyyət və Amerika həyat tərzinin hücumlarına qarşı daha hazırlıqlı edib.

O əlavə edib ki, mədəniyyət sahəsində çalışan fəallar yaradıcı təşəbbüslərlə dil və düşüncə müdafiəsini gücləndirməli, uşaq, yeniyetmə və həmçinin gənclərin inkişafı üçün daha ciddi fəaliyyət göstərməlidirlər ki, xalq son qələbəyə qədər bu yolu daha möhkəm iradə ilə davam etdirsin.

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha